ABŞ NATO müttəfiqlərindən Tramp siyasətinə sədaqət hesabatı tələb etdi

ABŞ mümkün olaraq Avropadakı hərbi mövcudluğunu azaltmazdan əvvəl NATO ölkələrinə Donald Trampın siyasətini dəstəkləyib-dəstəkləmədikləri ilə bağlı sorğu göndərib.

Sherg.az xəbər verir ki,  “Bloomberg”in məlumatına görə, müttəfiqlərdən ABŞ-ın xarici siyasətinə açıq dəstək verib-vermədikləri, Amerika hərbi bazalarından istifadəyə qoyulan məhdudiyyətlər və ABŞ müdafiə şirkətlərindən alışlarla bağlı məlumat tələb olunub.

Müttəfiqlər sorğunu ABŞ-ın müdafiəsi müqabilində onları ideoloji vahidliyə məcbur etmək cəhdi kimi qiymətləndiriblər.

Sorğu Tramp administrasiyasının Avropadakı ABŞ hərbi mövcudluğuna dair başladığı və dekabrda başa çatması gözlənilən altı aylıq baxış prosesi fonunda hazırlanıb.