Afterşoklar yanlız cihazlarda qeydə alınıb - Zəlzələ ilə bağlı açıqlama

Bu gün gecə saatlarında baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirilib.
Bakupost.az xəbər verir ki, konfransda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib.
Onun sözlərinə görə, ilk dalğadan sonra baş verən avtoşoklar yanlız cihazlarda qeydə alınıb:
“5.5 maqnitudalı zəlzələdən sonra təkrar baş verən avtoşoklar isə həmin gücdə, yaxud ondan daha artıq ola bilməz. Əsas təkan, güc və enerji ilk saniyələrdə ayrılır. Gecə səhərə kimi baş verən zəif təkanlar isə hiss olunmayıb. Ancaq cihazlarda qeydə alınıb”.