Donald Trump ilə Kral III Çarlz arasında Ağ Evdə keçirilən rəsmi şam yeməyində maraqlı anlar yaşanıb.
Sherg.az xəbər verir ki, Kral Çarlz Trampın Avropaya dair əvvəlki “ABŞ olmasaydı, alman dilində danışardınız” sözlərinə cavab olaraq zarafatla “Biz olmasaydıq, siz fransızca danışardınız” deyib. Bu ifadə salonda gülüş doğurub və diplomatik çevrələrdə “incə mesaj” kimi qiymətləndirilib.
Çarlz çıxışında tarixi hadisələrə də toxunaraq 1814-cü ildə İngilislərin Ağ Evi yandırmasını xatırladıb və bunu “o dövrün daşınmaz əmlak layihəsi” kimi zarafatla şərh edib. O, həmçinin Boston Çay Partiyasına da göndərmə edib.
Donald Tramp isə çıxışında Kral Çarlzın Konqresdəki nitqini tərifləyib və demokratları ayağa qaldırmağın özünün bacarmadığı bir şey olduğunu deyərək zarafatlaşıb.
Səfər zamanı Kral Çarlz ABŞ prezidentinə İkinci Dünya Müharibəsi dövrünə aid "HMS Tramp" adlı gəmi çanını hədiyyə edib və bunu “ortaq tarix və gələcəyin simvolu” adlandırıb.
ABŞ mediası həmçinin Kral Çarlzın 1970-ci ildə Ağ Evə etdiyi əvvəlki səfərin arxiv fotolarını da yayıb.