ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gözlədiyindən daha uzun müddətə uzanmasına görə səbrini itirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasının rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətləri Amerika liderinin baş verənlərə görə qəzəbli olduğunu deyiblər.
Donald Tramp yaxın çevrəsi ilə Oval ofisdə (Ağ Ev) keçirdiyi görüşdə İran rəhbərliyi ilə bağlı sərt ifadələr işlədib. ABŞ Prezidenti İran liderlərini “alçaqlar” və “dəli” adlandırıb, həmçinin çıxışı zamanı tez-tez onları söyüb.
WSJ-nin mənbələri diplomatik razılaşma mümkün olmadığı üçün ABŞ-nin İranla məsələni hərbi yolla çözə biləcəyini vurğulayıblar.