Aleksandr Lukaşenko: “Rusiyanın müəyyən sayda nüvə başlıqları artıq Belarusa yerləşdirilib”

“Rusiyanın müəyyən sayda nüvə başlıqları artıq Belarusa yerləşdirilib”.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu təşəbbüs yalnız müdafiə məqsədlidir.

Qeyd edək ki, daha əvvəl Kreml ehtiyac olacağı təqdirdə Ukrayna müharibəsində nüvə silahının tətbiq olunacağını bildirmişdi. Həmçinin nüvə başlıqlarının Belarusda yerləşdiriləcəyi açıqlanmışdı.