AŞ-ın baş katibi Ceyhun Bayramovla danışıqlarda – FOTO
AŞ-ın baş katibi Ceyhun Bayramovla danışıqlarda – FOTO
Yusif Nəzərli
10:15 04.04.2022
Gündəm
573
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə nəzər yetirib, bu günədək 65 müqavilənin imzalanıb, ratifikasiya edildiyi, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib.
AŞ-Azərbaycan arasında öncəki Fəaliyyət Planları çərçivəsində qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları və AŞ-nin tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb.
Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.
Ceyhun Bayramov AŞ rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.
Nazir Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, eləcə də Azərbaycan Hökumətinin həyata keçirdiyi humanitar minadan təmizləmə işlərindən bəhs edib. AŞ Baş katibinin diqqətinə, hələ 1990-cə illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı məlumatın verilmədiyi çatdırılıb.
Azad olunmuş ərazilərdə aşkar olunan kütləvi məzarlıqların Ermənistan tərəfindən azərbaycanlıların sistematik şəkildə və məqsədyönlü öldürüldüyü və bu barədə məlumatın gizlədildiyinin sübutunu təşkil etdiyi bildirilib.
Nazir bölgənin gələcək inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh, sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.
Görüşdə tərəflər, regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət