Avropada PUA həyəcanı: NATO açıqladı - Türkiyənin F-16-ları havaya qalxdı

NATO Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) Türkiyə və İtaliyaya məxsus döyüş təyyarələri tərəfindən vurulduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, NATO sözçüsü Allison Hart bildirib ki, Litvada yerləşən İtaliya “Eurofighter”ləri və Estoniyada dislokasiya olunan Türkiyənin F-16 qırıcıları Latviyanın hava məkanında müşahidə edilən PUA ilə əlaqədar havaya qaldırılıb.

Hart NATO-nun mümkün təhdidlərə qarşı 24 saat hazır vəziyyətdə olduğunu və müttəfiq ölkələrin ərazilərinin təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.

Latviya da PUA-nın NATO qırıcıları tərəfindən vurulduğunu təsdiqləyib. Aparatın haradan havaya qalxdığı isə açıqlanmayıb.

Son günlər NATO ölkələrinin hava məkanında PUA insidentlərinin artması alyans daxilində təhlükəsizlik narahatlığını gücləndirib.