AZAL ABŞ-a reysləri dayandırdığı üçün tənqid edilir: “İşini düzgün qurmayıb”
Banuçiçək Kalbalıyeva
12:17 29.01.2020
Gündəm
704
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından verilən məlumata görə, Azərbaycan Hava Yolları QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək. Səbəb kimi isə bu istiqamətdə biletlərə tələbatın az olması göstərilir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu məsələdə AZAL özü günahkardır:
O, Serq.az-a bildirib ki, Cənubi Qafqaz ölkələrindən ancaq Azərbaycan ABŞ-a birbaşa uçuş təklif edir:
“Əgər AZAL qiymətləri sərfəli etsə, reklamını səmərəli aparsaydı yenə də əvvəlki rentabelliyi əldə edə bilərdi. Amma qiymətlərin həddindən artıq baha olması sərnişinləri alternativ variantlardan istifadəyə sövq edir. Onlar Kiyev, İstanbul vasitəsilə ABŞ-a gedirlər. Dediyim kimi, bir çox ölkələrdən ABŞ-a birbaşa uçuşun olmaması əslində AZAL üçün üstünlükdür. Sadəcə AZAL öz işini düzgün qurmayıb, marketinq siyasətini effektli müəyyənləşdirməyib”.
Natiq Cəfərli qeyd edib ki, burada həm subyektiv, həm də obyektiv səbəblər var.
“Qiymətin çox baha olması, marketinq işinin düzgün qurulmaması subyektiv səbəblərə aiddir. Yeganə obyektiv səbəb isə ABŞ-ın viza siyasətini daha da sərtləşdirməsidir. Viza almaq əvvəllər daha rahat idi. Tramp adminstirasiyasının bəzi qərarlarından sonra isə bu məsələ çətinləşib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm