Azərbaycan anti-terror əməliyyatları ilə separatçı məsələsinə nöqtə qoymalıdır  - EKSPERT

"Qarabağdakı qanunsuz silahlı birləşmələrin mövcudluğu təkcə sülh prosesinə yox, Azərbaycanın milli təhlükəsizliyinin strateji əsaslarına xələl gətirir". 

Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov cəbhədəki son gərginliyə toxunaraq qeyd edib. O, bildirib ki, Azərbaycan zəruri və effektiv müdafiə qabiliyyətinin təmini prinsipindən çıxış edərək həmin silahlı dəstələri zərərsizləşdirmək hüququna malikdir:
"Ona görə də Azərbaycan Qarabağdakı dəstələrə qarşı anti-terror əməliyyatları keçirərək separatçı məsələsinə nöqtə qoyub, prosesi növbəti mərhələyə keçirməlidir".