Azərbaycanda çörəyin qiyməti bir manat olacaq? - AÇIQLAMA
Yusif Nəzərli
12:02 30.03.2022
Gündəm
522
Rusiya-Ukrayna müharibəsi dünya ölkələrində ərzaq qıtlığı, bahalaşma xofunu artırır.
Azərbaycanda da çörəyin qiymətinin bahalaşacağı ilə bağlı məlumatlar dolaşır.
İddia edilib ki, çörəyin qiyməti bir manatadək yüksələ bilər.
Mütəxəssislərin sözlərinə görə, piştaxtaların boşaldılması qıtlığa, qiymət artımına səbəb olacaq.
Rusiya Azərbaycanın taxıl idxalında tədarükün böyük qismini formalaşdırır. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi?
Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması daha da sürətlənib:
“Artıq bir sıra Avropa ölkələrində ərzaq qıtlığı problemi var. Bunun səbəbi Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsidir. Bahalaşan məhsullardan biri də taxıldır. Azərbaycan taxıla olan tələbatın 60 faizini yerli istehsal, 40 faizini isə idxal hesabına ödəyir. Rusiya Azərbaycanın taxıl idxalında tədarükün 75 faizdən çoxunu formalaşdırır. Rusiya avqustun 31-nə kimi taxıl ixracını dayandırması ilə bağlı qərar qəbul edib. Bu baxımdan həmin ölkədən taxıl idxalında çətinliklər var”.
O qeyd edib ki, Azərbaycanda çörəyin qiymətinin artıb-artmayacağı taxılı hansı qiymətə idxal etməsindən asılı olacaq:
“Azərbaycan bir sıra tədbirlər həyata keçirib. Bu ilin yanvarında taxıl idxalını dörd dəfə artırıb. Bu da taxıl ehtiyatlarının genişləndirməsi baxımından vacib hesab olunurdu. Azərbaycan da öz ehtiyatları hesabına qıtlığın qarşını almasına çalışır.
Hələlik ehtiyatlar var və çörəyə olan tələb ödənilir. Nəzərə almaq lazımdır ki, dünya bazarında qeyri-müəyyənlik var. Rusiya və Ukraynanın nə zaman ixracı bərpa edəcəkləri bilinmir. Hazırda alternativ bazarlar araşdırılır. Hindistandan buğdanın idxal edilməsi ilə bağlı ilkin müzakirələr var. Qlobal bazarda qiymət artımı digər ölkələrdə də idxal inflyasiyası yaradır. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağını və qlobal yoxsulluğun dərinləşəcəyini bildirib”.
Deputat əlavə edib ki, hökumət tərəfindən daxili bazarın qorunması ilə bağlı işlər görülür:
“Hökumət işğaldan azad olunan ərazilər də daxil olmaqla taxıl əkini sahələrini artırmaqla strateji ehtiyatlarımızı çoxaltmağa və yerli istehsalımızı artırmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət