
Azərbaycanın əlində yetərli güc var
13:16 06.07.2023
Gündəm
306
Həm Qarabağdakı silahlı dəstələrin, həm də sərhəddə atəşkəsi pozan Ermənistan ordusunun layiqli dərsi veriləcək
"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşlər fərqlidir". Bunu Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib. Professor bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında aparılan danışıqları öz nəzarətinə almaq istəyir: "Qarabağ məsələsinə Ağ Evin yanaşması bəllidir. Birdən-birə Vaşinqtonun mövqeyinin dəyişəcəyini söyləmək doğru deyil. Bizim üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpası, təmin olunması və Ermənistanla qalıcı sülhün imzalanmasıdır. Ermənistan hökuməti hələlik buna yaxın durmur. Qarabağdakı ermənilərin "təhlükəsizliyini" bəhanə edərək sülh prosesini, bu istiqamətdə aparılan danışıqları mümkün qədər yubatmaq məqsədi güdürlər. Prosesin uzanması kənar dövlətlərin də maraqlarına uyğundur. Ancaq beynəlxalq hüquq açıq şəkildə Azərbaycanın yanındadır. Bir qrup erməninin Azərbaycanın hansısa bölgəsində yaşaması həmin ərazinin "Ermənistan torpağı" elan olunmasına imkan vermir. Tarixi həqiqətləri bir kənara qoysaq belə, bu, beynəlxalq hüquq baxımından qeyri-mümkündür".

T.İsmayıl vurğulayıb ki, Ermənistan mövcud reallığı qəbul etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır: "İrəvan sülhə məcburdur. Ermənilərin bütün təxribatlarına cavab verilir və veriləcək. Azərbaycanın əlində yetərli güc var ki, həm Qarabağdakı silahlı dəstələrinin, həm də sərhəddə atəşkəsi pozan Ermənistan ordusunun layiqli dərsini versin. İrəvan anlamalıdır ki, sülhün gecikməsi ilk növbədə Ermənistanın əleyhinədir. Əfsuslar ki, Rusiya sülhməramlıları da üzərinə düşən öhdəlikləri yerinə yetirmir. 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli anlaşmaya görə, Qarabağdakı silahlı birləşmələr bölgəni qeyd-şərtsiz tərk etməli idi. Amma ötən müddət ərzində bunu müşahidə etmədik, əksinə, erməni dəstələrinə silah-sursat daşındı. Bu da onu göstərir ki, Rusiya tərəflər arasında sülhün əldə olunmasında, problemin çözülməsində maraqlı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya