Azərbaycanla Somali arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
17:35 06.07.2023
Gündəm
279
6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Ömər Cama ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Görüşdə Azərbaycan və Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı təmasların artırılmasının vacibliyini qeyd edib. Bu xüsusda, əlaqələrin genişləndirilməsi üçün mövcud perspektivlərin müzakirəsi məqsədilə siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov Azərbaycanın QH-ya sədrliyi dövründə Hərəkatın inkişafının, üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. Azərbaycanın QH-ya sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, xüsusilə QH Parlament Şəbəkəsi, QH Gənclər Təşkilatının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Nazir Abşir Ömər Cama, Somalinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edərək, iki ölkə arasında qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişafında Somalinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya