Son xəbərlər

Banqladeş prezidenti istefa verdi

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin vaxtından əvvəl istefa verib.

Axar.az xəbər verir ki, bu barədə Banqladeş mediası məlumat yayıb.

Qeyd edək ki, onun səlahiyyət müddəti 2028-ci ildə başa çatmalı idi. 76 yaşlı siyasətçi səhhəti ilə bağlı problemlərə görə vəzifəsindən istefa verib.