Baş Prokurorluqdan işəgötürənlərə müraciət
15:00 09.07.2024
Gündəm
375
Baş Prokurorluq isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.
Qurumdan verilən məlumatda bildirilib ki, əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də havanın temperaturu 41 dərəcədən çox olan, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir:
"İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələrin müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır".
Oxşar xəbərlər
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya