Baydendən Ərdoğana: "Cəsarətinizə, liderliyinizə və diplomatiyanıza görə təşəkkür edirəm”
09:18 13.07.2023
Gündəm
327
ABŞ prezidenti Co Bayden sosial media hesabından paylaşdığı paylaşımda İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə ilə əldə olunan razılaşmaya işarə edərək, “Prezident Ərdoğan, cəsarətinizə, liderliyinizə və diplomatiyanıza görə təşəkkür edirəm” deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bayden NATO sammiti ilə bağlı Twitter hesabında prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün video kollajını yayıb.
Bu sammitin NATO-nun müdafiəsinə sadiqliyini bir daha təsdiqlədiyini qeyd edən Bayden, "Ümid edirəm ki, bunu daha da gücləndirməyə davam edə bilərik" deyə vurğulayıb.
Prezident Ərdoğan da öz növbəsində NATO Zirvəsi ilə bağlı Twitter hesabından paylaşım edərək təşəkkür edən ABŞ prezidenti Co Baydenə Twitter hesabından cavab verib.
Türkiyənin həmişə olduğu kimi səmimiyyət, məsuliyyət hissi və prinsipial mövqe ilə NATO-nun genişlənməsinə və ittifaqın güclənməsinə dəstəyini davam etdirəcəyini vurğulayan Ərdoğan deyib:
"İnanıram ki, Alyansımız bütün təhlükəsizlik çağırışlarına, xüsusən də terrorizmə qarşı mübarizəyə qarşı güclü həll yolları yaratması və müttəfiqlər arasında əlaqələrin gücləndirilməsi regional və qlobal sülhün bərqərar olunmasında böyük rol oynayacaq. Biz konstruktiv mövqeyimizi qoruyub saxlayacağıq. Cənab Prezident, Alyansa şəxsi dəstəyinizə, xoş arzularınıza görə təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya