Beş polkovnikə general-mayor rütbəsi verildi

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçulara həmin ali hərbi rütbələr verilib:

polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova