Bəzi ölkələrdə səfirliklərimizin əməkdaşlarının sayını artırmalıyıq - Deputat
16:25 15.07.2023
Gündəm
430
Bizim mübarizəmiz hələ uzun illər davam edəcək
Millət vəkili Ceyhun Məmmədov bir sıra ölkələrdəki səfirliklərimizin əməkdaşlarının sayının artırılmasını təklif edib. Deputat bildirib ki, proseslərin təhlili göstərir ki, müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı təxribatları müharibədən əvvəlki dövrdə olduğu formada və bir az da kəskin şəkildə davam edir və hələ uzun illər davam edəcək: "Ermənistanın xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır. Azərbaycan əleyhinə yalan və saxta təbliğatı davam etdirir. Davamlı olaraq Azərbaycanı təcavüzdə, Qarabağda humanitar böhran yaratmaqda ittiham edirlər. Hətta Ermənistan bu fəal siyasəti bir sıra müsəlman ölkələrində də sistemli şəkildə aparmağa çalışır. Rəsmilərin davamlı olaraq ərəb ölkələrinə səfəri bu fikri bir daha təsdiqləyir. Ermənistan mediası ərəb mediası ilə də fəal iş aparır. Bir neçə gün bundan əvvəl Dubayda yerləşən media orqanına müsahibədə bir daha buna əmin oldum. Jurnalist israrla Beynəlxalq Qırmızı Xaç Komitəsinin qeyri-qanuni əməllərinə bəraət qazandırmağa və Azərbaycanı günahlandırmağa çalışırdı. Heç şübhəsiz ki, Azərbaycan Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki diplomatik korpusumuzun nümayəndələri bu təxribatların qarşısını almaq üçün ciddi səylə çalışırlar. Ancaq bu istiqamətdə səyləri daha da gücləndirməliyik. Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması üçün bir sıra ölkələrdəki səfirliklərimizin əməkdaşlarının sayının artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə ciddi ehtiyac var. Bir sıra ölkələrdə səfirlik əməkdaşlarının, maddi-texniki bazanın yetərli olmaması bu missiyanın uğurla yerinə yetirilməsində, Azərbaycan həqiqətlərinin təbliğində bir sıra çətinliklər yaradır. Ona görə gələcəkdə bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Çünki bizim mübarizəmiz hələ uzun illər davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət