“Bibiheybət məscidi illər sonra məhz Ulu Öndərin sayəsində yenidən həyat qazandı" - Fidan Yusifova
Turan
12:25 17.07.2019
Gündəm
3438
“Ulu öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin daim layiqincə keçirilməsinə böyük əhəmiyyət verib”.
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, dağıdılmış məscidlər yenidən bərpa edilməyə başlandı:
““Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Ulu Öndər xalqımızın əsrlərdən bəri formalaşan əxlaq, mədəniyyət, mənəviyyat kimi yüksək dəyərlərini daim uca tuturdu. 1994-cü ildə ümummilli lider Heydər Əliyev Sovet imperiyası dövründə dağıdılmış Bibiheybət məscidinin yerində yenisinin inşa olunması barədə Sərəncam imzaladı. Məscidin bərpasında keçən əsrdə çəkilmiş şəkillərin, 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edən Q.Sadiqinin 1925-ci ildə yazılmış kiçik məqaləsi, məşhur səyyahların qeydləri önəmli rol oynadı. Bərpa zamanı qorunub saxlanmış köhnə eskizlər, Şəkidəki Şəki Xan Sarayı və Gəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası - şəbəkə ustalıqla istifadə edildi. Bütün bunlar gözoxşayan əsrarəngiz bir görüntünün yaranmasına səbəb oldu”.
F.Yusifovanın sözlərinə görə, ümummilli liderin Bibiheybət məscidinin yenidən qurulmasına vəsait ayırması və bununla bağlı işləri şəxsi nəzarətində saxlaması da dediklərimizə sübutdur:
“Bibiheybət məscidi illər sonra məhz Ulu Öndərin sayəsində yenidən həyat qazandı. Bütün bunlar Heydər Əliyevin timsalında ölkənin dinə, islamiyyətə olan dərin inam və hörmətinin göstəricisi idi. Bu gün təsadüfi deyil ki, Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir, sülh və qardaşlıq şəraitində birgə yaşayır. Dini dözümlülük başqaları üçün hüquqi norma, bizim üçün həyat tərzidir. Tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. Düz 10 il sonra, 12 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin yenidən istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev qeyd edirdi: “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma Vətəninin inkişafına töhfələrini verirlər. Bu bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz, artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli-mənəvi dəyərlərimiz olubdur, Ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”.
Aİİ-nin əməkdaşı vurğulayıb ki, Ümummilli Lider Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı:
“Prezident cənab İlham Əliyevin çıxışı bir daha sübüt edir ki, hazırda ölkədə Heydər Əliyevin dövlətçilik ideyaları, siyasi irsi layiqlə davam etdirilir. Hazırda Bibiheybət məscidinin iki minarəsindən biri H.Əliyevin adını daşıyır. Bu, xalqın Ulu Öndərə olan sevgisinin, mənəvi borcunun təcəssümüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya