Bilal Ərdoğan İlahiyyat İnstitutunu ziyarət edib
Bilal Ərdoğan İlahiyyat İnstitutunu ziyarət edib
10:22 28.09.2023
Gündəm
382
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Qonaqla İnstitut kollektivinin görüşü təşkil olunub.
Görüşdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Qarabağ və Çanaqqala şəhidlərinin ruhlarına Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Quran tilavəti təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov Bilal Ərdoğanı İnstitutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Türkiyə–Azərbaycan qardaşlığının əbədi olduğunu diqqətə çatdıran A.Şirinov vurğulayıb ki, tarixin bütün dövrlərində bunun şahidi oluruq: “Çanaqqalada azərbaycanlı gənclərin Anadolu gəncləri ilə birlikdə qələbə qazandıqlarını, Nuru Paşanın döyüşçüləri ilə birlikdə 1918-ci ildə Azərbaycanın köməyinə gəldiyini görürük”.
A.Şirinov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqına və dövlətinə göstərdikləri mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib. Rektor, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın dostluğunun dövlətlərimiz arasındakı əlaqələrin inkişafında əvəzsiz rolundan bəhs edib.
Daha sonra Nəcməddin Bilal Ərdoğan Türkiyənin Azərbaycandakı Səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık bəyin moderatorluğu ilə tələbələrin suallarını cavablandırıb.
Bilal Ərdoğan vurğulayıb ki, ilahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac vardır. İctimai elmlərin və xüsusən də ilahiyyat elminin əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyacımız var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb.
Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bildirib ki, Azərbaycanın uğurlu gələcəyi naminə səylə çalışmalı, savadlı, gənc mütəxəssislər kimi formalaşmalıdırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm