Biləsuvarda koronavirusa görə mobil səyyar hospital xidmətə başladı - FOTO
Banuçiçək Kalbalıyeva
10:35 25.02.2020
Gündəm
539
Son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən, lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Gömrük Komitəsindən verilən məlumata görə, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır.
Belə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub.
Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib.
Məlumat üçün bildirək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb.
Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil veriləcək.
Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya