Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşləri başlayıb

ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başlayıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşlər ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilir.

Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.