BQXK inam və etimadımızı ciddi şəkildə sarsıdır
12:18 13.07.2023
Gündəm
390
BQXK-nin Xankəndidəki separatçı ermənilərə görə imicini zərbə altında qoyması dərin təəssüf hissi doğurur
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətləri çox ciddi qanun pozuntuları ilə müşayiət olunub. Təşkilatın nümayəndələri onlara göstərilən etimaddan, verilən səlahiyyətlərdən sui-istifadə etməklə Azərbaycan ərazilərində faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar. Quruma Azərbaycandakı qeyri-qanuni fəaliyyətlərin dayandırılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu təşkilat fəaliyyətində heç bir düzəlişlər etməyib. Ekspertlərin fikrincə, Azərbaycan ərazilərinə uzun müddətdir qaçaqmalçılıq yolu ilə qadağan olunmuş məhsulları daşıyan BQXK-nin avtomobillər vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursatın daşınmadığına da kimsə zəmanət verə bilməz. Ümumiyyətlə, BQXK-nin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir. Nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənir. Azərbaycan tərəfinin heç bir halda öz ərazilərinə qeyri-qanuni daşınmalara icazə verməyəcəyi kimsədə şübhə doğurmur. Dövlətimiz heç vaxt öz suveren ərazilərimizdə qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, özünü "nüfuzlu" humanitar təşkilat kimi tanıtdıran və eyni zamanda Azərbaycanın humanizmindən sui-istifadə edərək “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsini su yoluna döndərən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki separatçı ermənilərə görə imicini zərbə altında qoyması dərin təəssüf hissi doğurur. Ekspert bildirib ki, bu cür qlobal dünyamiqyaslı bir təşkilatın adı hansısa xoşagəlməz olaylarda, şübhəli əməliyyatlarda, avantüralarda və qanunsuzluqlarda hallanmamalıdır: "Ancaq əfsuslar olsun ki, biz bunun əksini sübut edən həqiqətlərlə, faktlarla üzləşməli oluruq. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz adından da göründüyü kimi beynəlxalq humanitar təşkilatdır. Lakin bu təşkilatın erməni əsilli sürücülərin Laçın keçid məntəqəsində saxlanılan və bəyannamədə təsbit edilməyən yükləri qaçaqmalçılıq yolu ilə Xankəndiyə aparmaq cəhdləri nəinki separatçıları, BQXK-nin özünü də ifşa edir. BQXK-yə aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması ilk növbədə bu təşkilata qarşı inam və etimadımızı ciddi şəkildə sarsıdır". Ə.Hüseynov qeyd edib ki, BQXK-nin Cenevrədəki baş ofisi və ya Ermənistandakı nümayəndəliyi qeyri-qanuni malların Xankəndiyə keçirilməsi, qaçaqmalçılıq faktlarının üzə çıxması ilə əlaqədar olaraq olaya münasibət bildirməlidir: "Təşkilatın adının bu cür xoşagəlməz işbazlıq faktlarında yer almasına obyektiv surətdə aydınlıq gətirməlidir. BQXK-nin maşınları vasitəsilə Laçın postundan daşınan yüklərə ciddi nəzarət prinsipi ilə yanaşaraq ayıq-sayıqlıq göstərmələrinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç şübhəsiz ki, təşəkkür düşür. Sözügedən ifşaedici faktların ortaya çıxarılması separatçılara havadarlıq edən bəzi beynəlxalq güclərin ölkəmizə qarşı qərəzli təbliğatlarının neytrallaşdırması baxımından Azərbaycanın əlini gücləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə