“Bred məni soydu”
09:34 13.07.2023
Gündəm
344
Anjelina Coli keçmiş həyat yoldaşını suçlayır
Hollivud “ulduz”ları Anjelina Coli və Bred Pitt arasında sular durulmur.
"Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşları arasında hələ də Miravaldakı şərabçılıq müəssisəsinə sahiblik davası gedir. Cütlük boşanma qərarı verdikdən sonra hüquqi müstəvidə işlər başlanıb və hər iki tərəf də biri-birinə qarşı mülk davaları açıb. Anjelina Coli isə keçmiş həyat yoldaşını onu soymaqda suçlayır. Aktrisa Bred Pittin Miravaldakı şərabçılıq müəssisəsini ələ keçirməyə çalışdığını, ona isə cüzi pay ayırdığını iddia edərək milyonluq iddia qaldırıb. B.Pitt isə Colininona ziyan vurmaq üçün müəssisəni xarici vətəndaşa satdığını önə çəkərək qarşılıqlı iddia qaldırıb. CNN-in xəbərinə görə, yeni məlumatlar ortaya çıxıb. A.Coli keçmiş həyat yoldaşını onu soymaqda, mal varlığına əl qoymaqda ittiham edir. Və B.Pitdən zərərin qarşılanması üçün 350 milyon dollar tələb edir. Qeyd edilir ki, Coli-Pitt cütlüyü Fransanın cənubundakı şərabçılıq müəssisəsini 2008-ci ildə satın alıblar. “Ulduz” cütlüyün toyu da bu müəssisənin geniş ərazisində təşkil edilib. Hazırda isə bu məkan mübahisə predmetidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə