Brüssel görüşü: Yekun sülhə nail olunacaqmı? - ŞƏRH
Yusif Nəzərli
13:51 31.03.2022
Gündəm
1414
“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
Dövlət başçısı bildirib ki,münaqişə artıq öz həllini tapıb:
"Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə məsələyə daha çox aydınlıq gətiriləcək”.
Brüssel görüşündən gözləntilərlə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan razılığa dair ismarışlar ötürür:
"Mühüm olan sərhədlərin aydınlaşması məsələsidir. Tərəflər ilkin razılaşmalara yaxındırlar. Paralel şəkildə isə Ermənistan müəyyən qüvvələrə arxalanaraq təxribata da gedir. Brüssel görüşündə nəticə kimi sülh müqaviləsi gözlənilmir. Amma artıq Avropa İttifaqı, ATƏT, Türkiyə, hətta Rusiyanın mövqeləri elə bir həddə çatıb ki, özəlliklə Türkiyə-Rusiya münasibətlərində Qarabağ məsələsi mütləq şəkildə həllini tapmalıdır.
Fərrux yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi torpaqların qalan hissəsinin mərhələli formada azad ediləcəyinə əsaslar yaradır.
Bunun qarşısını heç bir qüvvə ala bilməz. Ermənistan Qarabağ məsələsini qapadıb, orda rəsmiləşdirəcək. Bir növ problem formasında Rusiyayla Azərbaycanın, o cümlədən Qərbdəki ermənilərin üzərinə atır. Prezidentlərin görüşündə yol xəritəsi, konturların məlum olması mümkündür.
Beləliklə də, Türkiyə ilə Ermənistan sərhədi açılsın, beynəlxalq hüququn prinsiplərini özündə əks etdirən Azərbaycanın təkliflərinə Ermənistan tərəfi “hə” desin. Görüşdə sülh müqaviləsi istiqamətində müsbət irəliləyişlər müşahidə ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol