
Çərçivə sazişinin imzalanması realdır? - ŞƏRH
06:36 05.07.2024
Gündəm
300
Dörd anklav kəndlə bağlı məsələnin tezliklə həll olunması isə mümkün görünmür
Ermənistanın işğalında olan anklav kəndlərin qaytarılması Azərbaycanın əsas şərtlərindəndir və danışıqların predmetidir. Ekspertlərə görə, kəndlər demarkasiya və delimitasiya prosesinin tərkib hissəsi olaraq, yaxud Qazaxın kəndləri kimi ayrıca tənzimləmə şəklində qaytarıla bilər. Qeyd edək ki, son günlər Ermənistan mediasında Azərbaycanın eksklavı olan kəndlərin - Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması gündəmdədir. “Hraparak” nəşri yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir. Erməni ekspertlərin iddiasına görə, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq. Ekspert Tiran Xaçatryan isə iddia edib ki, məsələ yalnız anklavların qaytarılması deyil, Azərbaycan dəhliz də tələb edir və hazırda əsas müzakirə budur.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər. Onun sözlərinə görə, ümumiyyətlə, anklav kəndlərlə bağlı mübadilə mümkündür:

"Faktiki Ermənistan ərazisində "ada" olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir aya bağlanmasının mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazır olduqlarını nümayiş etdirirlər. Halbuki sülh müqaviləsinin indiki halda bağlanması Ermənistan konstitusiyasına ziddir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib. Amma baza prinsipləri əsasında çərçivə sazişinin imzalanması mümkündür. Dörd anklav kəndlə bağlı məsələnin tezliklə həll olunması mümkün görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya