Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Aİ liderlərinin gözlənilən görüşü ilə bağlı açıqlama verib
Yusif Nəzərli
13:14 02.04.2022
Gündəm
593
Xarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə münasibət bildirib.
"Report"un xəbərinə görə, Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanın mövqeyini bir daha bəyan edib.
O xatırladıb ki, 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra Prezident İlham Əliyev bir neçə dəfə Azərbaycan tərəfindən artıq tarixin bu səhifəsinin üzərindən keçməyə, Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib:
"Bu məqsədlə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifini irəli sürmüşdü. Onu da qeyd etmək istərdim ki, Azərbaycan təxminən, ötən bir il ərzində bu istiqamətlə bağlı Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu il fevral ayının 21-də Azərbaycan tərəfi daha spesifik, konkret və belə demək olarsa, sadə bir sənədi Ermənistan tərəfinə göndərmişdir və bu sənəd Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasını özündə ehtiva edən əsas beş baza təməl prinsiplərini əks etdirir. Biz çox konkret bir təklif vermişik.
Son bir neçə gün ərzində Ermənistanın yüksək səviyyəli rəsmiləri və siyasətçiləri tərəfindən belə demək olarsa, bir neçə müsbət mesajlar səsləndirilir. İndi tərəflər arasında olan əlaqələrin movcudluğunu biz müsbət qiymətləndiririk. Azərbaycan tərəfi hər zaman danışıqlarda açıq siyasət həyata keçirir. Hesab edirik ki, 6 aprel görüşü növbəti bir imkandır. Yenə deyirəm, Azərbaycan tərəfi mövqeyini açıq ifadə edib. Öncədən hər hansı qabaqlayıcı mesaj vermək istəməzdim. Onu proses göstərəcək. Düşünürəm ki, yaxın günlərdə Ermənistanın bu məsələyə nə qədər ciddi yanaşdığını, bu istiqamətdə nə qədər konkret addımlarla irəliləməyə hazır olduğunu görəcəyik. Azərbaycanın yanaşması buna adekvat olacaq”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət