Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının prezidenti ilə görüşüb

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb: “Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”.