CHP-də daxili savaş dərinləşir: 49 nəfər intizam cəzası qarşısında!

CHP-də başqa siyasi partiyalar üçün fəaliyyət göstərdiyi bildirilən 49 nəfərlə bağlı intizam prosesi başlanıb.

Sherg.az-ın məlumatına görə, partiya sözçüsü Müslim Sarı bildirib ki, CHP üzvü olaraq qalan, lakin başqa siyasi partiyalar üçün çalışan şəxslər intizama cəlb edilib.

İntizam prosesinə göndərilənlər arasında Selin Sayek Böke, Aylin Nazlıaka, İlhan Cihaner, Kerim Rota, Yalçın Karatepe və Yankı Bağcıoğlu kimi tanınmış adlar da var.

Sarı qeyd edib ki, qərar CHP-nin Partiya Məclisi tərəfindən qəbul edilib. O, sentyabrdan etibarən partiyanın qurultay prosesinin də başlayacağını açıqlayıb.

Beləliklə, CHP-də qurultay ərəfəsində partiyadaxili intizam və siyasi hesablaşmalar yenidən gündəmə gəlib.