COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub
Yusif Nəzərli
06:48 17.10.2024
Gündəm
239
Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 7-ci iclası keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, eləcə də hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər.
“APA-Economics” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, iclasda mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi və sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi əsas müzakirə mövzusu olub. Bu istiqamətdə qanunsuz müdaxilə aktlarına qarşı ilkin cavab tədbirlərini özündə əks etdirən Təlim Planı, təhlükəsizlik zonalarının optimallaşdırılması və təhdidlərin qiymətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Aviasiya təhlükəsizliyinin davamlı inkişafı üçün müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, tədbirdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mövzusu ətrafında da fikir mübadiləsi aparılıb. Konfrans müddətində sərnişin axınına nəzarət, risklərin effektiv idarə olunması üçün əlavə tədbirlər müzakirə edilib.
Qeyd edək ki, bu kimi mütəmadi keçirilən görüşlər mülki aviasiyasının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinə mühüm töhfə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq