Diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi başlayıb
15:02 11.07.2023
Gündəm
307
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
ADA Universitetində təşkil edilmiş açılış tədbirində Nazirliyin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Müşavirədə açılış nitqi ilə xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.
Çıxışlarda Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması istiqamətində atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edilib və müvafiq təlimatlar verilib.
Müşavirə regionlar üzrə paralel panel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.
İyulun 12-də müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diplomatiya və hərbi-siyasi təhlükəsizlik məsələləri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.
İyulun 13-də isə Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və əməkdaşlarının, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və “Ağdamın dirçəlişi” adlı tədbirin təşkili planlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya