Dohada partlayış: HƏMAS liderləri öldürülüb?

Dohada baş verən partlayışda danışıqlar aparan nümayəndə heyətinin rəhbəri və Qəzza zolağındakı hərəkatın lideri Xəlil əl-Haya da daxil olmaqla, HƏMAS siyasi bürosunun üzvləri sağ qalıb.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

***

Qətərin paytaxtı Dohada baş verən partlayış HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi olub.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, hədəf alınan şəxslər uzun illərdir HƏMAS-ın rəhbərliyində yer alıblar və 7 oktyabr qətliamının təşkilində, eləcə də İsrailə qarşı aparılan müharibənin idarə olunmasında birbaşa məsuliyyət daşıyırlar.

Bildirilib ki, partlayış zamanı HƏMAS-ın bütün rəhbərliyi, o cümlədən Xalid Məşal, Musa Əbu Mərzuq, Hussam Bədran, Razi Həməd, Zahir Cabarin, Xəlil əl-Haya və Məhəmməd Dərviş qərargahda olub.

“Əl Hədat” nəşrinin məlumatına görə, HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xaricdəki ofisinin rəhbəri və İordan çayının qərb sahilindəki radikal bölmələrin komandiri öldürülüb.