ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri yeni suallar yaradıb.
Sherg.az xəbər verir ki, Prezident Donald Tramp səfəri “rutin” adlandırsa da, rusiyalı amerikalıstanşünas Vladimir Vasilyev bu açıqlamaya şübhə ilə yanaşıb.
Ekspertin fikrincə, Retkliffin Moskva səfərinin əsas səbəbi təcili müzakirə tələb edən məsələlər olub. Vasilyev mümkün gündəmlər sırasında Yaxın Şərqdə artan gərginliyi və İran ətrafında vəziyyəti xüsusi qeyd edib.
Onun iddiasına görə, İran İsrailə qarşı koalisiyaya qoşularsa, ABŞ-ın taktiki nüvə silahından istifadə ehtimalı Moskva ilə müzakirə edilmiş ola bilər. Ekspert həmçinin Rusiya ilə ABŞ arasında Ukrayna və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı mümkün razılaşmaların müzakirə edildiyini ehtimal edib.
Vasilyev vurğulayıb ki, bunlar yalnız ehtimallardır və Retkliffin Moskvadakı gizli görüşlərinin real məzmunu hələ açıqlanmayıb.