Dünyanın ən zəngin insanını atası niyə tərk edib?
16:35 14.07.2019
Gündəm
918
Dünyanın ən zəngin insanı: Jeff Bezos
Oturduğu evin qarajında qurduğu şirkətini dünyanın ən qiymətli markaları arasına yazdırmağı bacaran Jeff Bezos, ən zəngin insanlar sıralamasında Bill Qeytslə bir yarış içindədir.
Dünyanın ən zəngin insanı Ceff Bezosun uşaqkən olduqca fərqli bir yapısı olub. Hələ 4 yaşı olarkən yaşıdları kimi beşikdə yatmağı istəməyərək beşiyin başlarını sökmüş və onu bir yataq halına gətirmişdir.
4 yaşında olarkən atası tərk edib
1964-cü ilin yanvarın 12-də Nyu Mexikoda dünyaya gələn Bezos, gerçək atasını xatırlayacaq qədər onu görə bilmədi. O doğulduğu zaman ailəsinin maddi vəziyyəti çox ağır idi. Atası, hələ Bezos doğulmamışdan aktyor olmaq üçün həyat yoldaşından ayrılmaq istədiyini söyləyirdi. Bu gərginlik çox sürmədi və anası Jacklyn atası Ted John Jorgensendən ayrılmaq qərarı verdi. Bu qərardan sonra evi tərk edən Ted John Bezosu, anasıyla tək başına buraxır. Bezosun anası bir müddət sonra Kuba vətəndaşı olan bir immiqrantla - Mike Bezosla evlənir. Atası olaraq bildiyi adamın gerçək atası olmadığını öyrəndiyində isə onun yaşı tam 10 idi.
Yayda getdiyi nənəsi və babasının evində atelye qurdu
Əsl atasını heç tanımadan böyüyən Jeff Bezos, çətinliklərlə keçən həyatından çox böyük dərslər alır. Çətin bir uşaqlıq həyatı keçirən Bezos, yay olanda nənəsi və babasının heyvanlarına baxır. Bir az böyüdükdən sonra da buranın atelyeyə çevirən Bezos, ailəsini bu atelyedən uzaq tutmaq üçün bir xəbərdarlıq sistemi qurur. Bu sistem sayəsində ailəsi atelyeyə yaxınlaşanda Bezosun xəbəri olurdu.
+++
Beləcə 1995-ci ildə bir qarajda başlatdığı proyekt, 4 il sonra 6 milyard dollar dəyərə çatır. Bezosun bir nəşriyyat, bir qəzeti də var. Bezos, ilk yığıncaqlarını qarajın yanındakı bir nəşriyyatında edirmiş. İndi onun yığıncaq edə bilməyəcəyi yer yoxdur...
Amazonun sahibi olan Ceff Bezos 2017-ci ildə dünyanın ən zəngin insanı olur. Buna səbəb isə amerikalı iş adamının gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artmasıdır. Nyu-York birjasında baş verən sıçrayış 53 yaşlı Bezosa üç saat ərzində 10 milyard dollar qazandırıb. Bununla da o, 92,8 milyard varidatla 90 milyard dollara sahib olan “Microsoft” un yaradıcısı Bill Qeytsi geridə qoyub.
İndi isə Jeff Bezos 120 milyard dollar sahibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya