Pakistan və Livan vətəndaşları da daxil olmaqla, 1 milyondan çox insan İranın mərhum dini lideri Əli Xamenei ilə vidalaşmaq üçün Məşhədə gəlib.
Teleqraf xəbər verir ki, dəfn mərasiminin son təyinat yeri olan İmam Rza türbəsinə aparan 3 kilometrlik eyniadlı küçə səhər tezdən insanlarla dolu olub.
Mərasimdə əllərində Pakistan, Livan və Fələstin bayraqları daşıyan insanlar da qatılıb.
***
15:58
İranın Məşhəd şəhərində keçmiş ali lider Əli Xameneinin dəfn mərasimi başlayıb.
Teleqraf IRNA-ya istinadən xəbər verir ki, dəfn mərasiminə İmam Rza küçəsindən başlanılıb.
Qeyd edək ki, Ə. Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub.