Elnur Məmmədov: Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir
16:29 05.09.2023
Gündəm
407
Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə deyib.
"Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir, biz bütün sahələrdə bu ölkə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq",- nazir müavini deyib.
O xatırladıb ki, ötən il iki ölkə diplomatik əlaqələrin 30-cu il dönümü qeyd edib: "Ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edib, davamlı siyasi dialoq var və yüksək səviyyəli qarşılıqlı səfərlər reallaşdırılıb".
Nazir xatırladıb ki, ötən il İsveçrə Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində iki ölkənin XİN rəhbərlərinin görüşünə ev sahibliyi edib.
"İqtisadi əməkdaşlığımız genişlənməkdədir. Hökumətlərarası Birgə Komissiya bu işdə vacib rol oynayır. İsveçrə şirkətləri Azərbaycanın azad olunan torpaqlarında yenidənqurma layihələrinə cəlb olunub. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir", - nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi