Ərdoğan : “Heç kimə boyun əymərik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirtdə keçirilən tədbirdə ölkəsinin bölgədəki hədəfləri ilə bağlı mühüm mesajlar verib.

Sherg.az xəbər verir ki, Ərdoğan Türkiyə və millətin gələcəyi məsələsində heç kimə boyun əyməyəcəklərini bildirib:

“Vətənimiz, dövlətimizin və millətimizin gələcəyi söz mövzusu olduqda heç kimə boyun əymərik”.

Türkiyə lideri ölkənin güclü və birlikdə olmaqdan başqa seçiminin olmadığını vurğulayıb. O, “Terrorsuz Türkiyə və terrorsuz bölgə” hədəfinə çatmaq üçün qətiyyətlə çalışdıqlarını deyib.

Ərdoğan həmçinin bildirib ki, bölgədə tarix yenidən yazılır və Türkiyə tarixə istiqamət verir:

“Heç kim bunun qarşısını ala bilməz. Yolumuzdan dönməyəcəyik, qətiyyətlə irəliləməyə davam edəcəyik”.