Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib

PKK terror təşkilatına qarşı silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, ötən il başlayan PKK-nın tərksilah edilməsi prosesi Türkiyənin iqtisadi artımını sürətləndirəcək.

Ərdoğan mübarizənin hazırkı mərhələsinin xüsusi ehtiyatlılıq tələb etdiyini və siyasi partiyaların dəstəyi ilə ölkənin bu mərhələni qarışıqlıq olmadan keçə biləcəyini vurğulayıb.