Ərdoğan Putinin avqustda Türkiyəyə gələcəyini təsdiqləyib

Türkiyə və Rusiya prezidentləri arasında görüş avqustda baş tutacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hələlik tarix dəqiqləşməyib. Səfər (Putinin Türkiyəyə səfəri) avqust ayı ərzində baş tutacaq”, - Ərdoğan əlavə edib.