Ərdoğan SOCAR-a mükafat təqdim edib
Yusif Nəzərli
09:22 18.06.2023
Gündəm
356
Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib.
SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq müvafiq mükafatı qazanmaq şansı əldə edib.
“SOCAR” ilk 10-luq içərisində 3-cü yerə layiq görülüb. Hər il təşkil olunan bu tədbirlər planı, TİM missiyasının bir hissəsidir.
1993-cü ildə qurulan Türkiyə İxracatçılar Məclisinin (TİM) əsas missiyası, Türkiyənin xarici ticarət həcmini artırmaq, xarici ticarətin inkişafını təmin etmək, ticari tərəfdaş ölkələr ilə ikili ticarət, sosial və mədəni əlaqələri inkişaf etdirmək, dövlət ilə ixracatçılar arasında ünsiyyətin davamlılığını təmin etməkdir. Qurum, 27 sektor, 61 ixracatçı birliyi ilə 100 mindən çox ixracatçını təmsil edir.
“SOCAR”-ın Vitse-Prezidenti Süleyman Qasımov qeyd edib ki, SOCAR-ın törəmə müəssisəsi olan “Petkim”in Türkiyənin top ixracatçı müəssisəsi arasında yer alması qürurvericidir. Azərbaycanla yanaşı qardaş Türkiyənin ixracatına verdiyimiz töhfələrin xüsusi dəyərləndirilməsi, gələcək fəaliyyətimizdəki uğurları müəyyən edir.
Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin qərarıyla qurulan TİM, 2009-cu ildən etibarən yeni qanunvericilik əsasında fəaliyyətini davam etdirir. Ötən il TİM “2021-ci il İxracat Çempionları” siyahısına “SOCAR Türkiyə” 8-ci yerə layiq görülüb.
Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Ötən ilki mükafatlandırma mərasimində SOCAR adına mükafatı Türkiyə Respublikasınınh Prezidenti cənab Rəcəb Tayyib Erdoğan Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova təqdim edib.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə