Ərdoğan: "Taxıl sazişi ilə bağlı Putinlə həmfikirik”

"Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə həmfikirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BMT Baş katibi Antoniu Quterreş də bu barədə Putinə məktub göndərib: “Ümid edirəm, sazişin müddəti növbəti dəfə uzadılacaq”.

Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti iyulun 17-də başa çatacaq.