Ərdoğandan xəbərdarlıq: Kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtarırsa...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.

APA-nın yerli bürosu xəbər verir ki, partiyasının qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxuyacaqlar.