Ermənilərin dəyişməyən xisləti: Türkə nifrət
Yusif Nəzərli
09:22 20.06.2023
Gündəm
413
Beynəlxalq təşkilatlar Ombudsmanın hesabatı əsasında Ermənistanla bağlı ölçü götürməlidir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Bu barədə “Sherg.az"a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günüdür və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub.
Qeyd etmək lazımdır ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Ombudsmanın beynəlxalq təşkilatlara hesabat göndərməsini təqdirəlayiq hal kimi dəyərləndirən politoloq İlyas Hüseynovun sözlərinə görə, uzun illərdir Ermənistanda cəmiyyətin bütün sferalarında, o cümlədən də orta məktəblərdə türkfobiya təbliğ edilir, bu, dərsliklərə salınır və erməni uşaqlara xüsusi öyrədilir.
Erməni uşaqlarına türk düşmənçiliyinin bu şəkildə öyrədilməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayan politoloq hesab edir ki, bu, Ermənistanın uzun illərdir yürütdüyü antitürk, antiazərbaycanlı siyasətinin əyani təzahürüdür: “44 günlük Vətən müharibəsindən sonra Ermənistan cəmiyyətində ciddi ruh düşkünlüyü yaranıb. “Böyük Ermənistan” haqqında miflər dağıldığı üçün yetkin yaşda olan ermənilər ideyaya inanmırlar. Bunu anlayan erməni lobbi təşkilatları yetkin nəslə təsir göstərə bilməyəcəklərini başa düşdükləri üçün azyaşlı nəsli təsir altına salmağa çalışırlar. Heç kəsə sirr deyil ki, Ermənistanda anti-türk siyasəti həyata keçirilir və bu turkfobiya geniş mahiyyət və məzmun daşıyır. Ermənilər öz övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər. Belə olan təqdirdə bölgədə sülhü, təhlükəsizliyi, sabitliyi qorumaq çox müşkül məsələyə çevrilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ombudsmanın hesabatı əsasında Ermənistanla bağlı ölçü götürməlidir. Bunu nəzərə alaraq Ermənistan tərəfi də öz davranışlarına və yürüdülən ideoloji xəttə korrektələr etməlidir. Azərbaycan tərəfi bölgədəki sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarı kimi çıxış edir. Bizim əsas istəyimiz bölgədəki sülhün dayanıqlılığının artırılması, təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsindən ibarətdir. Lakin bölgədə sülhün bərqarar olması üçün Ermənistan tərəfi düşmənçilik ritorikasını, nifrət nitqini kənara qoymalıdır. Əks təqdirdə, Ermənistan bu siyasi xətti davam etdirəcəksə, sülh müqaviləsinin imzalanmasından sonra da bölgədə problemlər qalıcı xarakter daşıyacaq”.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm