
Ermənilərin sarsaq hərəkətləri, Moskvanın oyunu...
07:27 15.07.2023
Gündəm
429
Xankəndi aksiyalarının arxasında Rusiya dayanır
Brüssel görüşü öncəsi tərəflər arasında, bölgədə gərginlik yaratmağa çalışır
Dünən Xankəndidə separatçıların təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya həm də, guya, anti-Rusiya xarakteri daşıyıb. Qondarma rejimin “dövlət katibi” Qurgen Nersisyan mitinqin əsas aparıcısı olub. Aksiya iştirakçıları rus sülhməramlıların Xocalıda yerləşən mənzil-qərargahı önünə də "baş çəkiblər". İddialara görə, aksiya hər gün davam edəcək. Aksiya iştirakçıları iddia ediblər ki, guya, 120 min erməni icması təhlükə altındadır. Bildiriblər ki, qısa müddətdə bütün qida ehtiyatı tükənib, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıblar və s. Mitinq edənlər guya bu “humanitar fəlakətə” qarşı çıxıblar. Əvvəla, Xankəndidə “blokada” səbəbindən insanların aclıqla üz-üzə qalması cəfəngiyyatdır. Bunu Xankəndidəki sosial şəbəkə istifadəçilərinin paylaşımları da sübut edir. Üstəlik, Azərbaycan Ağdamdan istənilən məhsulu almaq üçün təklif verib. Xankəndidən İrəvana 323 km, Xankəndidən Ağdama isə cəmi 36 km-dir. Digər yandan, Xankəndi və ətrafında 120 min erməni yaşamır. Bu, yalan statistikadır. Bəzi ekspertlərin fikrincə, Xankəndidə baş verənlər 1988-ci il hadisələrinin təkrarıdır və ermənilər hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyni addımla istədiklərinə nail ola biləcəklər. Brüssel görüşü ərəfəsində separatçıların bu addımı danışıqların əvvəlcədən pozulmasına hesablanıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, Xankəndi aksiyalarının arxasında Rusiya dayanır. Partiya sədrinin sözlərinə görə, Qarabağdakı separatçıların, terrorçuların əksəriyyəti Rusiyanın adamlarıdır: "Moskva yenə oyun oynayır, Brüssel görüşü öncəsi tərəflər arasında, bölgədə gərginlik yaratmağa çalışır. Separatçılar birbaşa Kremlin təlimatlarını həyata keçirirlər. Bu, yeni deyil. 30 il ərzində Qarabağdakı qondarma rejimin təmsilçiləri bütün addımlarını Moskvanın tapşırıqlarına uyğun atıblar. Saxta rejimə "rəhbər" təyin olunmuş şəxsləri də Rusiya müəyyənləşdirirdi. Həmin xətt hələ də davam edir. Sülhməramlılarla bağlı yayılan xəbərlər də sübut edir ki, Rusiya separatçıları himayə edir, silah-sursat verir, onlara "yol göstərir". Əfsuslar olsun ki, ermənilər öz sarsaq hərəkətlərindən, xəyanətlərindən, düşmənçiliklərindən əl çəkmək istəmirlər. Yaşanmış hadisələrdən, verilən dərslərdən ibrət almırlar. Bir ovuc tör-töküntü hansı "xalq hərəkatı"ndan danışırlar?! Tutaq ki, Brüsseldə, lap ondan sonrakı bir neçə görüşdə nəticə olmadı. Bəs, sonra nə olacaq, kim ziyan görəcək? Əlbəttə ki, ermənilər özləri. Gec-tez sülh müqaviləsi də imzalanacaq və İrəvan Bakının şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Təzyiq göstərməklə məqsədlərimizə çatacağıq. Rusiya da istəklərinə nail ola bilməyəcək. Ermənistan rəsmilərinin ABŞ-yə səfəri və aparılan müzakirələr də göstərir ki, Vaşinqton sülh müqaviləsinin imzalanmasında maraqlıdır və İrəvana çağırış edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət