Ermənistan tərəfi sülh müzakirələrinə hazır deyil
Yusif Nəzərli
12:08 20.06.2023
Gündəm
378
Əslində vasitəçilik missiyasını icra edən Rusiya, o cümlədən Qərb ölkələri də vaxtın uzanmasında maraqlıdır
"Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik". Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. Onun sözlərinə görə, hazırda delimitasiya prosesinin neçənci ilin xəritəsi ilə aparılması, Bakı ilə Xankəndi arasında beynəlxalq dialoq mexanizmləri, “Qarabağ xalqının” hüquqları və təhlükəsizliyi ilə bağlı razılıq yoxdur. Kostanyan bildirib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaq olsa da, işlər davam edir: “Erməni tərəfi kommunikasiyaların blokadadan çıxarılması, delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi mövzuları çərçivəsində mətnlərin müzakirəsi üçün görüşlərə həmişə hazırdır. Biz bütün bu sahələr üzrə nəticənin qeydə alınmasında maraqlıyıq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş Qərargahının arxivində olan 1975-ci il xəritəsi əsasında sərhədin demarkasiyasının aparılmasını dəfələrlə gündəmə gətirsə də, Azərbaycan buna razılıq verdiyini açıqlamayıb.
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında bildirib ki, prinsip etibarı ilə Ermənistan tərəfi görüşə, müzakirələrə hazır deyil. Siyasi şərhçinin sözlərinə görə, hazırlığın olmaması və əsas məqamlarla bağlı razılaşmanın əldə edilməməsi ermənilər tərəfindən də etiraf olunur:
"Əslində vasitəçilik missiyasını icra edən Rusiya, o cümlədən Qərb ölkələri də buna hazır deyil. Görünən odur ki, hələlik regionda sülhün bərqərar olması onların da maraqlarına xidmət etmir. Məsələn, Moskva ilə yanaşı Fransa kimi Qərb ölkələri də bölgədə gərginliyin qalmasında maraqlıdırlar. Hər vasitəçi mövcud gərginlikdən öz mənafeləri naminə sui-istifadə etmək niyyətindədir. Rusiya istəyir ki, Cənubi Qafqazda qalsın, Qərb isə çalışır ki, Rusiyanı sıxışdırıb bölgədən çıxartsınlar. Hətta İrəvanın əliylə Moskvaya qarşı ikinci cəbhə açmaq düşüncəsində olanlar da var. Yəni tərəflərin maraqları müxtəlifdir və bu fonda Ermənistanın yaxın zamanda Azərbaycanla razılığa gələcəyi, hər hansı sənədə imza atacağı ehtimalı çox zəifdir".
Q.Əlibəyli vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsində də İrəvanın məqsədi prosesi mümkün qədər uzatmaqdır: "Əlbəttə, görüşlərin keçirilməsi mümkün və təbiidir. Əksər hallarda təmaslar və danışıqlar təxribatları önləmək mahiyyəti daşıyır. Erməni tərəfi "görüşlərə hazır olduqlarını" bəyan etməklə təxribatların başqa qüvvələr tərəfindən törədildiyini iddia edirlər. Nəzərdə tutulmuş bir neçə görüş var. İstənilən halda mövqelərin getdikcə tam şəkildə aydınlaşması üçün görüşlərin keçirilməsi qaçılmazdır. Prosesi dondurmaqdansa, təmasları sıxlaşdırmağı daha məqsədəuyğun sayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm