Ermənistanın ikiüzlü siyasəti: "Başa düşdükləri yeganə dil "Dəmir yumruqdur"
Yusif Nəzərli
14:44 21.06.2023
Gündəm
577
Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmışdı. Nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri almışdı.
Bundan dərhal sonra DSX cavab tədbirləri görüb. “Laçın” sərhəd-keçid məntəqəsi insidentin araşdırılması, günahkarların tapılmasına qədər bağlanıb.
Bu gün isə “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə zirehli texnikalar yığılıb.
Ermənistanın ikiüzlü siyasət yürütdüyünü deyən Türkiyənin ehtiyatda olan generalı Yücel Qaraüz "Sherg.az"a bildirib ki, rəsmi İrəvan başqalarının mənfəəti üçün öz gələcəyini təhlükəyə atır:
"Üzərində silahları olmayan və rus sülhməramlılarının nəzarətində olan əsgərlərimizə atəş açılması düşməncə bir hərəkətdir. Həmçinin bunun ardınca Sərhəddə ermənilər yenidən terror fəaliyyətinə başlayaraq Azərbaycanın mövqelərini atəşə tutub. Bu düşməncə hərəkətdən sonra isə Azərbaycan haqlı olaraq Laçın nəzarət buraxılış məntəqəsindən keçidi dayandırdı və hərbi tədbirlər almağa başladı. Təbii ki, əraziyə zirehli texnikanın yerləşdirilməsi Ermənistanın atacağı terrorist addımların qarşısını almaq üçün vacibdir. Çünki bu Azərbaycanın qərarlılığını ortaya qoyur. Başa düşülən odur ki, 10 noyabr müqaviləsinin bu yana Ermənistan heç özü nə etdiyini bilmir və tez-tez fikirlərini dəyişir. Yəni vəziyyəti yaxşılıqla başa düşmək poyensialında deyil. Çünki ermənilərin başa düşdüyü yeganə dil "Dəmir Yumruqdur".
Y.Qaraüz əlavə edib ki, rəsmi Bakının Ermənistan tərəfindən uzadılan sülh müqaviləsinin gözləməyə səbri qalmayıb:
"Əgər qalib bir ordusu, xalqı və rəhbəri olan Azərbaycanın uzatdığı barış əlinə qarşı mərmi ilə cavab verilirsə, bu səbrin son həddidir. Ona görə ki, Ermənistan başqasının dəstəyi ilə silahlanır. Belə vəziyyətdə isə Azərbaycanın hərbi yola əl atmaqdan başqa çarəsi qalmır. Ümumiyyətlə heç kəs Azərbaycanın torpağına, bayrağına və suverenliyinə dil uzada bilməz. Artıq rəsmi İrəvan bunu anlamalıdır. Əvvəl də İfadə ermişdim ki, artıq səbrimiz tükənib. Əgər belə davam edərsə beynəlxalq hüquqdan gələn haqlarına əsasən Azərbaycan öz işini, özü görəcək. Bu vəziyyətdə isə Türkiyə Şuşa bəyannaməsi ilə birlikdə qalxan qardaş yumruğu konteksində Azərbaycana hər cür maddi və mənəvi köməyi göstərəcək. Yaşasın şanlı Azərbaycan ordusu, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm