FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur - Başbuğ
10:26 03.08.2023
Gündəm
284
FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur.
Sherg.az xəbər verir ki, bunu Report-a açıqlamasında təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib.
Onun sözlərinə görə, FETÖ Türkiyədə qurulsa da qruplaşmanı sadəcə bu ölkəyə aid etmək yanlışdır:
“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üzərindən qurduğu və ingilis kəşfiyyat təşkilatı kimi şəbəkələndirdiyi bu qurum digər terror təşkilatlarından çox fərqlidir. Özünü gizlədib, müxtəlif şəkillərə girib təhlükəli fəaliyyətlərlə məşğul olmağı bacarır. Başlıca məqsəd ABŞ-nin daha öncə girə bilmədiyi bütün türk və müsəlman coğrafiyasına müdaxilə etmək idi ki, ilk olaraq Türkiyədən başladı və məktəblər, ticarət quruluşları vasitəsilə buna nail oldu. İngilis dili müəllimləri adı altında CİA agentlərini yerlərdə yerləşdirdi, orada türklüyü və müsəlmanlığı təbliğ etmək adı ilə Qərb təbliğatı apardılar və beyinləri buna proqlamlaşdırdılar”.
Coşqun Başbuğun fikrincə, Türkiyə bu düşünülmüş, hiyləgər layihəni pozub, məhv etməyinə baxmayaraq hələ də təhlükə yaşanmaqdadır:
“Onların oyununu Türkiyə pozdu və hazırda çökmüş vəziyyətdədirlər. Ancaq təhlükə və təzyiq bitməyib”.
Türkiyə Prezidentinin getdiyi bütün ölkələrdə FETÖ ilə bağlı mübarizə təkliflərini bildirdiyini vurğulayan hərbi ekspert bəzi ölkələrin bu mübarizə tədbirlərində fəal olduğunu, bəzilərinin isə təhlükənin ciddiyyətini qəbul etməyib, daha çox zərərə məruz qaldığını deyib:
"Azərbaycan bu məsələdə çox qətiyyətli, qərarlı addımlar atıb. Amma məsələn, Qırğızıstanın görəcəyi çox iş var. Qırğızıstan əvvəldən təkzib etdi, belə bir faktın ölkəsində genişlənməsini qəbul etmək istəmədi. Nəticədə hələ də bunun çətinliklərini yaşayır".
Onun sözlərinə görə, Kosovada bu il Milli Kəsfiyyat Təşkilatı 6 nəfər FETÖ mənsubu saxlanılaraq Türkiyəyə gətirilib:
"Bundan sonra ölkədə qarışıqlıq yarandı. Prosesdən xəbərsiz olduqları üçün daxili işlər naziri və kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. Yəni, hələ də bu ölkədə FETÖ çox təsirlidir. Türkiyə və Azərbaycanda hələ də mövcuddurlar. Azərbaycandakı yeni həbslər də buna misaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm