Finlandiya Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib

Finlandiya Prezidenti Sauli Niinistö yeni hökumətin tərkibini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin saytında məlumat verilib.

Bildirilib ki, Prezident Petteri Orponun rəhbərlik etdiyi 77-ci hökumət kabinetinin tərkibini təsdiq edib.

Qeyd edək ki, mühafizəkar Milli Koalisiya Partiyasının lideri Petteri Orpo Finlandiyanın yeni Baş nazir olub. O, bu postda Sanna Marini əvəz edəcək.