Fransa mətbuatı Qarabağın erməniəsilli sakinlərinin Ermənistana keçidini izləyib
16:25 27.09.2023
Gündəm
424
Fransa mətbuatı “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinin könüllü şəkildə və sərbəst formada Ermənistana keçidi prosesini izləyib.
“Report” xəbər verir ki, RFI radiosunun əməkdaşı məntəqə yaxınlığında olub.
Radionun xəbərində qeyd olunub ki, burada Ermənistana keçən şəxslərin sənədləri yoxlanılır, texniki vasitələrlə şəxsiyyətləri müəyyənləşdirilir.
Sərhəddəki qaçqınlardan bəziləri “France-Presse”ə bildiriblər ki, separatçı rejimin nümayəndələri onları Qarabağı tərk etməyə təşviq edib.
Məqalədə qeyd olunub ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayışda 100-dən çox adam ölüb, 290 nəfər yaralanıb.
Bildirilib ki, Azərbaycan Qızıl Xaç Komitəsinə qurbanların müalicəsinə kömək etmək üçün təcili yardım maşınları ilə sürətlə hərəkət etməyə, Ermənistana isə 67 nəfəri helikopterlə İrəvandakı yanıq mərkəzinə təxliyə etməyə icazə verib.
Yazıda Qarabağla bağlı sonrakı proseslərə də toxunulub.
"Azərbaycan Qarabağda silahı yerə qoyan erməni hərbçilərə amnistiya tətbiq etmək niyyətindədir. Amma Qarabağ müharibələri zamanı hərbi cinayətlər törədənlər bizə təhvil verilməlidir", - Azərbaycan hökumətindəki mənbə “France-Presse” nəşrinə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol