Fransa XİN İran diplomatını çağırdı

İranın Parisdəki müvəqqəti işlər vəkili Məhəmməd Əminnejad diplomatik gərginlikdən sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu haqda beynəlxalq media məlumat yayıb.

Bu, üç gün əvvəl İran təhlükəsizlik qüvvələrinin Fransanın Tehrandakı səfirliyinin iki işçisini bir neçə saatlığına saxlaması, fiziki güc tətbiq etməsi və qorxutması ilə əlaqəldir.

Fransa rəsmi açıqlamasında bu hərəkəti "qabaqcadan planlaşdırılmış və qəsdən edilmiş hücum" adlandırıb və bu davranışın beynəlxalq hüququn və Vyana Konvensiyalarının açıq şəkildə pozulması olduğunu vurğulaıb.