Fransada Makrona sui-qəsd cəhdində şübhəli bilinən şəxs saxlanıldı
Yusif Nəzərli
15:27 17.06.2023
Gündəm
330
Fransa hüquq-mühafizə orqanları bu ilin aprelində Fransa Prezidenti Emmanuel Makrona sui-qəsddə şübhəli bilinən şəxsi saxlayıb.
Hadisə aprelin 27-də 1791-1804-cü illər Haiti İnqilabının lideri Tussen Luvertyurun xatirəsinə həsr olunmuş mərasimdən sonra baş verib.
Emmanuel Makronun olduğu Şato de Ju qalasının ətrafında təqaüd islahatına qarşı çıxan etirazçılar toplanıb və kordonu yarmağa cəhd ediblər. Toqquşmalar zamanı jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər. Makron vertolyotla oradan uzaqlaşmaq istədikdə etirazçılardan biri onun üzərinə qaz bombası atıb.
Araşdırma zamanı məlum olub ki, pirotexniki vasitələri prezident iqamətgahına solçu hərəkat fəallarından olan 20 yaşlı dülgər keçirib. Həmin şəxs evində saxlanılıb və nəzarətə götürülüb.
Fransa antiterror prokurorluğu vertolyotu məhv etmək cəhdi, onun içində olan hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd və prezidentin həyatına sui-qəsd faktları ilə bağlı gənc barəsində araşdırmalara başlayıb. Onun əməlinin həqiqətən də helikopterin düşməsi ilə nəticələnə bilib-bilmədiyi ekspertiza zamanı müəyyən ediləcək.
Saxlanılan şəxs öz əməlini inkar etməyib və bildirib ki, bu yolla Makrona “meydan oxumaq” və respublika sakinlərinin onun siyasəti ilə razılaşmadığını bildirmək istəyib.
İttiham tərəfi şübhəlinin həbs müddətinin uzadılmasında və onun psixiatrik ekspertizadan keçirilməsində israrlıdır. Saxlanılan şəxsin vəkili isə öz növbəsində qeyd edib ki, müttəhimin ən azı bir il müddətinə azadlıqdan məhrum edilməsi tələbindən apellyasiya şikayəti verib.
Mənbə: “Le Parisien”
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə